“Əlavə qatar və avtobuslar xəttə buraxılır”
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 28 dekabr - 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sabir Bilalov bildirir ki, illik göstəriciləri nəzərə aldıqda keçən illə müqayisədə bu il sərnişin daşımalarda artım müşahidə olunur. Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları da qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Qeyd edək ki, gücləndirilmiş iş rejimi yanvarın 7-nə kimi davam edəcək.
LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi