Elan saytlarında vətəndaşları aldatdı, tutuldu
Elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Bu barədə DİN-dən bildirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32 yaşlı Xəyal Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.
Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub.
Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
DİN vətəndaşlara bir daha tövsiyə edir ki, elan saytlarında tanımadıqları şəxslərə onlayn ödəniş etməsinlər.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib