Əlahiddə Ümumqoşun Orduda taktiki təlimlər davam edir
Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir.
APA TV-nin məlumatına görə, taktiki təlimlərdə haubitsalı artilleriya, aviasiya, hava hücumundan müdafiə və digər bölmələr arasında qarşılıqlı əlaqə sualları işlənilib.
Bölmələrin uzlaşmasının və səhra vərdişlərinin yüksəldilməsinin ən səmərəli ali forması döyüş atışlı taktiki təlimlər olduğu üçün tabor və divizionlarda keçirilən bu təlimlərə Əlahiddə Ümumqoşun Orduda xüsusi diqqət yetirilir.
Haubitsalı artilleriya divizionlarının döyüş atışlı taktiki təlimləri də döyüş vəziyyətinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilib.
Təlimlər zamanı aviasiya ilə qarşılıqlı əlaqə sualları işlənilib, hava hücumundan müdafiə bölmələri ilə birlikdə düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətlər icra edilib.
Şəxsi heyət taktiki və atəş tapşırıqlarının icrasında müsbət nəticələr göstərib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi