Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında yarış keçirilib
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilib.
Müdafiə nazirliyindən APA TV-yə verilən məlumata görə, yarışda artilleriya divizionlarının şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək birinci olmaq üçün bilik və bacarıqlarını nümayiş etdirib.
Təlim-döyüş tapşırığını icra edən artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.
Yarışın şərtlərinə uyğun olaraq təlim-atəş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirən “N” nömrəli hərbi birləşmənin haubitsalı artilleriya divizionu ən yaxşı divizion adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
16:28
639
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
756
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2764
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2324
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2315
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1499