“Əlacları olsa, qəbiristanlığın içində də ev tikərlər”
Bakıda yaşayış binalarının nizamsız şəkildə tikilməsi nəticəsində qəbiristanlıqların yanında inşa edilən evlərin sayı çoxalıb. Bu isə həm qanun pozuntusudur, həm də insanların mənəvi-psixoloji durumuna təsir edəcək amildir. ÜZÜNÜN GÖRÜNMƏSİNİ İSTƏMƏYƏN Vətəndaş deyir ki, axşam uşaqlar dərsdən gələndə çox çətinlik çəkirlər, qorxurlar. Zabrat sakinləri isə bidirirlər ki, ağlaşmaların səsindən evdə otura bilmirlər Psixoloq Dəniz Umarova deyir ki, insanların yaşadıqları yer qəbristanlıqlara çox yaxındırsa, onlar psixoloji çətinliklə üzləşəcəklər. Movzu ilə bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışdıq. Amma nəticəsi olmadı, çünki qurumlar məsuliyyəti bir-birinin üzərinə yıxmaqla məşğul oldular. Şəhərsalma və Arxitektura Komitəsi deyir ki, bu işə Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir. Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirirlər ki, cavabdeh yerli icra hakimiyyətidir. Yerli icra hakimiyyəti məsuliyyəti bələdiyyənin daşdığını deyir. Bələdiyyələr isə deyir ki, bu işlər bizim nəzarətimizə təzəlikcə verilib, buna qədər satan satıb, yeyən yeyib, üstündən su içib. Bir sözlə, öyrəşdiyimiz, həmişə şahidi olduğumuz növbəti ötür-ötür oyunu. SÜNBÜL HÜSEYNOVA HƏZRƏT BAYRAMLI ELVİN MURADOV VUSAL BAYRAMOV
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"