Əkilməsi fərqli, məhsuldarlığı bol - YEVLAXDA AMERİKA SORTU QARPIZ YETİŞDİRİLİR
Yevlaxda amerika sortu olan qarpız yetişdirilir.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, rayonun münbit torpaqlarında əkilən bu növ qarpız hər hektara 30-40 ton məhsul verir, təxminən 60-65 günə yetişir. Ən böyüyünün çəkisi isə 20 kiloqramdan artıq olur.
Təsərrüfat sahibi Müsaqif Cəmilov deyir ki, bostan bitkisinin toxumlarını xüsusi qablarda yetişdirərək şitil halına gətirir, daha sonra sahələrə əkirlər. Əkin prosesi özü də fərqli aparılır.
Yevlax sakini hazırda məhsuldarlığına görə, xarici sortlara daha çox üstünlük verildiyini deyir. İyunun ilk ongünlüyündə yetişən bitkinin bəzən gübrə ilə becərildiyini bildirir.
Qeyd edək ki, 2.5 hektar əraziyə 10 min ədəd qarpız ştili əkən təsərrüfat sahibi gələcəkdə bostan bitkisini daha geniş ərazidə becərməyi düşünür.
Ehtiram Muradov
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı