Əfv Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
APA TV xəbər verir ki, iclas videoformatda qruplar halında baş tutub.
İclasda komissiyaya daxil olan müraciətlərə baxılıb.
Bu barədə APA TV-yə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, iclas çox məhsurdar keçib:
"İclası komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev aparıb. İclada ilk dəfə olaraq İnsan Hüquqları üzrə Ombudsman Səbinə Əliyeva da iştirak edib. Komissiyanın bütün üzvləri iclasda təmsil olunurdu. Müzakirələr aparıldı. Güman ki, bir neçə dəfə iclaslarımız olacaq. Təxminən bu gün 100 artıq müraciətə baxıldı. Komissiya ardıcıl və məhsuldar işləyərək Novruz bayramına qədər müraciətlərə baxaraq yekunlaşdıracaq".
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar