Ədliyyə Nazirliyinin binasında yanğın olub
Ədliyyə Nazirliyinin binasında yanğın baş verib.
APA TV xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Dərhal yanğının söndürülməsi istiqamətində işlər görülərək, ətrafa yayılmasının qarşısı alınıb və söndürülüb.
Ədliyyə Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün səhər saatlarında Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısaqapanma nəticəsində yanğın baş verib.
“Nazirlikdə quraşdırılan yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın söndürülüb. Eyni zamanda, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin işinə heç bir təsiri olmayıb", deyə məlumatda qeyd olunur.
Elvin Paşazadə,
Üzeyir Ağayev,
APA TV
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"