Ədliyyə Nazirliyi: Əfv olunan şəxslər karantinə alınıb
Ötən gün Prezident İlham Əliyevin Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
Ədliyyə Nazirliyindən APA TV-yə bildirilib ki, məhkumların təhlükəsizliyi və sağlamlıqları diqqətdə saxlanılaraq, penitensiar müəssisələrdə ardıcıl, kompleks tibbi-profilaktik tədbirlər görülür, məhkumların gündəlik termometriyası, səhhətlərində hər hansı problemi olan şəxslərin dərhal müayinəsi keçirilir və zəruri müalicəsi aparılır: “Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq. Bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı