Əbülfəs Qarayev: “Bu işə Mehriban Əliyeva rəhbərlik etməsəydi...”
“Ermənistan bütün gücü ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinə mane olmağa çalışırdı. Ancaq ədalət zəfər çaldı, tədbir Azərbaycanda yüksək səviyyədə keçirildi”.
APA TV-nin xəbərinə görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 1-dən 10-dək Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına dair keçirilən tədbirdə bildirib.
O deyib ki, bu sessiyanın Azərbaycan üçün əhəmiyyəti odur ki, Azərbaycanın Şəki şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu zaman Ermənistanın təhriki ilə bəzi ekspertlər buna qarşı çıxmağa çalışıblar: “Azərbaycan xalqının ümumi qələbəsi kimi qəbul edilməlidir. Lakin biz həmişə dərk etməliyik ki, bu qələbənin arxasında böyük bir əmək, böyük bir əzmkarlıq, siyasi müdriklik dayanır. Bu, Azərbaycanın qələbəsi ilə yanaşı, həm də məsuliyyəti deməkdir”.
Əbülfəs Qarayev Təşkilat Komitəsi adından Prezident İlham Əliyevə təşəkkür edərək bildirib ki, Prezident Təşkilat Komitəsinin üzvlərini və tədbirdə fəallıq göstərmiş şəxsləri mükafatlandırıb. Nazirin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyeva şəxsən bu işin gedişatına gündəlik rəhbərlik etməsəydi, bu layihənin gerçəkləşməsi mümkün olmayacaqdı.
Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar təltif edilmiş şəxslərə mükafatlar təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."