Əbülfəs Qarayev: “Azərbaycanda 650-yə qədər yeni tarixi məkan tapılıb”
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.
APA TV xəbər verir ki, konfransda UNESCO-nun sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin əlamətdar hal olduğunu vurğulayan mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, belə tədbirlərin keçirilməsi üçün hər zaman ciddi mübarizə aparılır.
Münaqişə zonalarında abidələrin qorunması ilə bağlı ayrıca bir konvensiya mövcud olduğunu və Azərbaycanın bu konvensiyaya qoşulduğunu deyən nazir bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizin taleyi narahatlıq doğurur: “Bu məsələ tək Azərbaycanda yox, dünyanın müxtəlif yerlərində mövcuddur. Bu yanaşma ümumi prinsip əsasında həll olunmalıdır”.
Əbülfəs Qarayev əlavə edib ki, son on gün ərzində UNESCO-nun mütəxəssisləri Naxçıvan və Lənkərana səfər edərək, bir neçə məkanla tanış olublar. Gələcəkdə həmin ərazilər iddiaçılar kimi Dünya İrs Komitəsinə təqdim olunacaq: “Azərbaycanda bu gün 6700 tarixi abidə 2001-ci ildə təsdiq olunmuş siyahıya daxildir və monitorinqlər nəticəsinə 650-yə qədər yeni məkan tapılıb. Heç bir dövlətin imkanında deyil ki, 6700 adda olan məkanda birdən-birə bərpa işləri aparılsın və saxlansın”.
Nazirin sözlərinə görə, abidələrin konservasiyasının məqsədi odur ki, növbəti illərdə onların dağılmasının qarşısını alsın: "Ola bilsin, insanlar bunu hiss etmirlər, amma hər il nazirlik nümayəndələri Şəkidə və digər yerlərdə abidələrə nəzarəti həyata keçirir, abidələrin eyni vəziyyətdə qalmasına çalışırlar".
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."