Əbu Bəkr məscidi yenidən açılır
Bakıda Əbu Bəkr məscidi yenidən istifadəyə verilə bilər.
APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, bunun üçün orada icmanın yaradılması planlaşdırılır.
Səyavuş Heydərov məscidin fəaliyyətini dayandırma səbəbini də izah edib: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra məscid fəaliyyətə başlayacaq”.
Xatırladaq ki, sözü gedən məsciddə 11 il əvvəl terror aktı törədilib. Həmin hadisə zamanı məscidə iki əl qumbarası atılıb. Nəticədə 2 nəfər həyatını itirib, yaralanan 18 nəfər arasında məscidin imamı Qamət Süleymanov da olub.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək