DYP-nin saxladığı sürücü qəfil öldü
Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə 9 mart 2023-ci il tarixində saat 10 radələrində baş verib.
“Tofaş” markalı 10-NJ-759 nömrə nişanlı avtomobilin sürücüsü ödənilməyən cərimə borcu olması səbəbindən Xocəsən qəsəbəsindən Bakı-Şamaxı şosesi istiqamətində hərəkət edərkən polis tərəfindən saxlanılıb.
Sürücü Vidadi Baxışov YPX əməkdaşlarına bir qədər gərgin, aqressiv formada cavablar verərək, ürək xəstəsi olduğunu və özünü narahat hiss etdiyini deyib.
Məlumata görə, YPX əməkdaşı ona bu halda avtomobil idarə etməməyi tövsiyə edərək oradan uzaqlaşıb.
Vidadi Baxışov isə sükan arxasına əyləşərək avtomobili idarə etməyə çalışıb, bir qədər getdikdən sonra avtomobil yolun kənarındakı betona dəyərək dayanıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım heyəti gəlsə də, sürücünün dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib