DYP-dən ciddi xəbərdarlıq - SÜRÜCÜ VƏ PİYADALARA
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
APA TV-nin BDYPİ-ə istinadən məlumatına görə, dekabrın 4-ü axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.
Bununla əlaqədar olaraq yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülərə daha diqqətli olmaq, sürəti hava şəraotonə uyğun tənzimləmək, əyləcdən anidən və kəskin istifadə etməmək, zərurət olmadan ötmə və digər manevrlərdən çəkinmək, su yığılan gölməçələrdən keçərkən ehtiyatlı olmaq tövsiyə olunur.
Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına keçməmək, piyadalardan daha diqqətli olmaları xahiş olunur.
Bundan əlavə piyadaların qaranlıqda və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıcı aksessuarlı geyimlərə üstünlük verməsi, müxtəlif işıq verən elementlərdən - fənərlərdən istifadə etməsi məsləhətdir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək