Düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edildi – APA TV
Sentyabrın 13-ü Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.
APA TV Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.
OXŞAR XƏBƏRLƏR
20:35
591
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
616
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
598
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1216
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1165
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1538