Düşmən Tərtər rayonunun Qarağacı kəndini atəşə tutur
Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrini atəşə tutmağa davam edir. İşğalçı ordunun hərbçiləri cəbhənin Tərtər istiqamətində mülki əhalinin yaşadığı yaşayış məntəqələrinə ağır artilleriyadan atəşə tutub.
APA TV xəbər verir ki, Tərtər rayonunun şəhər mərkəzi ilə eyni vaxtda ətraf yaşayış məntəqələrində də ağır artilleriyadan açılan atəş dağıntılara səbəb olub. Rayonun Qarağacı kəndinə və kəndin əkin sahələrinə minlərlə top və raket mərmisi düşüb.
Son mərmilərdən biri Qədirovlar ailəsinin yaşadığı həyətə düşüb. Ağır artilleriyadan atılan mərmi evi yararsız hala salıb. Ev yarasız hala düşsə də ev sahibləri arasında xəsarət alan olmayıb.
Qoşunların qarşıdurma xəttində mərmi səsləri eşidilir. Erməni hərbçiləri hələ də yaşayış məntəqələrini atəşə tutmağa çalışır.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub