Düşmən bu dəfə Ağdamın Əhmədağalı kəndini raket atəşinə tutub
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış yerlərini və mülki obyektlərini raket atəşinə tutmaqda davam edir.
APA TV-nin yerli bürosu xəbər verir ki, Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın Əhmədağalı kəndində fərdi yaşayış evlərini raket atəşinə tutub.
Nəticədə bir neçə ev dağılıb, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Belə ki, Vəfa İsmayılovun həyətinə düşən 3 mərmi evi tamamilə yararsız hala salıb: “Mən aşağı Quzanlıya gedirdim. Xəbər gəldi ki, bəs belə-belə, düşüb evinin yanına, yararsız vəziyyətə salıb. Yenə dövlətimiz sağ olsun, hərbçilərimiz sağ olsun, Prezidentimiz sağ olsun. Hamısı düzələn şeydir. Düzdür e, hər şey dağılıb. Üç dənə mərmi düşüb. İkisi bura düşüb, biri də evin o tərəfinə düşüb”.
Kəndə düşən mərmilərdən biri isə Məhəmməd Quliyevin evinə ciddi ziyan vurub. Kənd sakininin evi dağılıb, mal-qarası tələf olub: “Bu gün səhər saat 6-7 radələrində kəndimizi minamyot ilə atəşə tutdular. Yuxarıdakı evlər də dağılıb. Bu da mənimkidir. Bax, bu minamyotun təsirindən bu vəziyyətə düşüb, erməni vəhşiliyinin nəticəsidir. Ordumuza gücü çatmır, dinc əhaliyə, yaşayış yerinə atırlar. Heyvanlar hamısı yaralanıb, öləni var”.
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub