Düşmən atəşkəsi pozdu - CƏBHƏDƏ SON VƏZİYYƏT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
APA TV-nin Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, Ermənistanın Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
11:43
1521
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1526
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1575
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1385
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1970
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1996