Düşmən atəşi ilə öldürülən hərbi qulluqçumuz dəfn olunub
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abdulrəhmanov Ramin Şövkət oğlu dəfn edilib.
APA TV-nin şimal bürosunun məlumatına görə, həlak olan hərbi qulluqçu Qubada torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak edib: “Bu gün oğlum Ramini dəfn elədik. Şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
“Müddətdən artıq xidmət edirəm. Ən böyük arzum qardaşımın qisasını almaqdır”.
Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət olunub.
BQXK-nın vasitəçiliyi ilə hərbçinin meyiti təmas xətti ərazisindən çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."