Dünyanınən böyük akvariumuPARTLADI: Yollar bağlandı
Almaniyanın Berlin şəhərində içində təxminən 1500 ekzotik balıq olan akvarium partlayıb.
Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumatına görə, 100-ə yaxın xilasedici hadisə yerinə gəlib.
Şəhərin mərkəzi küçəsindəki əyləncə məkanlarının birində yerləşən bu akvarium dünyanın ən böyük silindrik akvariumu idi. Onun hündürlüyü 14 metrdir.
Akvariumdakı canlılarla yanaşı, iki nəfər də şüşə qırıqları səbəbindən yaralanıb.
Məlumata görə, böyük həcmdə su sızdığı üçün mərkəzi küçələrdəki yollar bağlanılıb.
Hazırda Berlində havanın temperaturu -7 dərəcə olduğu üçün hadisə ilə bağlı insanlar daha çox əziyyət çəkir.
OXŞAR XƏBƏRLƏR
19:20
387
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
378
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
418
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
365
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1178
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1093