Dünyanın ən cəld pianoçusu sabah Bakıda konsert verəcək
"Azərbaycana gəlməmişdən bura haqqında məlumatım var idi, paytaxt Bakı, dininiz, ölkəniz haqqında məlumatlı idim".
APA TV-nin məlumatına görə, bunu "Cəld barmaqlar" ləqəbli, Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən PETER BENCE Bakıda keçirəcəyi konsertlə bağlı təşkil edilən mətbuat konfransında bildirib.
O bildirib ki, Azərbaycanın milli yeməklərini çox bəyənib: "Səbirsizliklə yeni yeməklərinizin dadına baxmağı gözləyirəm".
Peter Bence sabah keçiriləcək konsert zamanı Azərbaycanın əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanovla yeni musiqi ifa edəcəklərini bildirib. O qeyd edib ki, bu musiqi nömrəsində tar və Azərbaycanın digər milli musiqi alətlərindən istifadə olunacaq, eyni zamanda özünün köhnə musiqilərini ifa edəcək.
Pianoçunun sözlərinə görə, öz musiqiləri ilə məşğul olduğu üçün başqa ifaları dinləməyə zamanı qalmır:
"Azərbaycanın milli musiqilərinə qulaq asmışam, amma ifaçılarla bağlı məlumatım yoxdur".
Peter Bence deyib ki, Əzizə Mustafazadə ilə də bağlı daha ətraflı məlumat öyrənəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək