Dünyanın bu günü - 15.12.2019
1) Görkəmli Azərbaycan alimi, akademik, əməkdar elm xadimi Həsən Əliyev 1907-ci ilin bu günü anadan olub.
2) Neftçi-geoloq, akademik Şəfaət Mehdiyev 1910-cu ildə İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya gəlib.
3) Bəstəkar, əməkdar incəsənət xadimi, Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib.
4) Azərbaycanın görkəmli fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub.
5) Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi Reyhan Topçubaşova 1905-ci ildə Qubada anadan olub.
6) Xalq şairi Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, Moskva Ali Ssenari kurslarını bitirib.
7) Dünya şöhrətli Azərbaycan alimi, akademik Yusif Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat edib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək