Dünyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyonu keçib
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1 milyonu keçib.
APA TV xəbər verir ki, ABŞ-dakı Cons Hopkins Universiteti şəxsi hesablamaları əsasında belə bir nəticəyə gəlib. Universitet rəsmi mənbələrdən və KİV-dən əldə olunan geniş statistik məlumatları ümumiləşdirir.
Universitetin məlumatına görə, ölənlərin sayı təxminən 51,5 minə çatıb.
Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 900 min yoluxma və 46 min ölüm faktını qeydə aldığını bildirib.
Hazırda dünyanın 165 ölkəsində koronavirus aşkar olunub. Ən çox ölüm halları İtaliya (13 915), İspaniya (10 003), ABŞ (5316), Fransa (4503), Çin (3287), İran (3160), Böyük Britaniya (2921), Niderland (1339), Belçika (1011) və Almaniyada (1001) qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
16:28
726
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
853
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2851
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2331
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2322
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1506