Dünya brendlərini ölkəmizə gətirən bu şirkət imiş: Liderliyi əldən vermir
“AZƏRİŞ LTD” ilə Almaniyanın “Erdinger" brendi əməkdaşlıqlarının 20 illik yubileyini qeyd ediblər.
“AZƏRİŞ LTD” hər zaman müştərilərinə zəngin çeşid seçimi, keyfiyyətli məhsullar təqdim etməsi ilə seçilib. Şirkət hazırda bir çox dünya brendlərini öz portfelində cəmləşdirib və Azərbaycan istehlakçılarına premium seqmentli alkoqollu, eləcə də alkoqolsuz məhsullar təklif edir.
Məhsullar arasında Almaniyanın “Erdinger" brendi ilə yanaşı, Çexiya və Belçikanın brendləri də yer alıb.
“AZƏRİŞ LTD” MMC-nin təsisçisi Rəşid Hüseynov deyir ki, bu gün şirkətimiz Almaniyanın “Erdinger“ şirkəti ilə 20 illik yubileyini qeyd edir: “Bu münasibətlə Almaniyadan xüsusi qonağımız təşrif buyurub. 20 illik uğurlu əməkdaşlıqla əlaqədar Almaniyanın Erdinger şirkətinin sahibi Weibrau bir sertifikat təqdim etdi bizə. Burada olmaq mənim üçün böyük şərəfdir. Bu gün uğurlu əməkdaşlığımızın 20 illiyini qeyd edirik. Sizə etimadımızın göstəricisi olaraq, bu sertifikatı təqdim edirəm“.
Qeyd edək ki, şirkət pivələrlə yanaşı, meyvə şirələrinin idxalı ilə də məşğuldur.
“AZƏRİŞ LTD” hazırda 1500-dən çox satış nöqtələri ilə əməkdaşlıq edir və premium məhsulların Azərbaycanda satışına görə liderdir.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib