Dünən şəhid olan hərbçi Eşqin Hüseynov Tovuzda dəfn edilib
Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunda dəfn olunub.
Hunanlar kəndində hər kəs şəhid Eşqin Hüseynovla vidalaşmağa gəlib. Onunla vida mərasimi doğulub boya- başa çatdığı evində keçirilib.
Şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynov Hunanlar kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
22 yaşlı şəhidimiz vətən eşqin ilə yaşayan gənclərimizdən olub. Eşqingil ailədə iki qardaş, bir bacı olublar və hər iki qardaş hərbini seçib.
Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib