Duman olacaq, çiskin yağacaq - PROQNOZ
Sabah gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 7-12° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı