Döyüşə gedən 3 qardaşdan biri – Baba Allahverdiyev niyə qayıtmadı?
Allahverdiyevlər ailəsində 6 oğul böyüyüb. Onlardan 3-ü Qarabağ döyüşlərində iştirak edib. Onlardan biri Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağında itkin düşən Allahverdiyev Baba Müseyib oğludur.
APA TV-nin yerli bürosunun məlumatına görə, Baba Allahverdiyev 1971-ci il noyabrın 13-də Sumqayıt şəhərində dünyaya gəlib. Ailəsi deyir ki, Baba uşaqlıq illərində idmanla məşğul olub, yaşıdlarından seçilib. 1988-ci ildə 23 saylı məktəbi bitirib, 1989-cu ildə isə Krosnayar vilayətinə hərbi xidmətə yollanıb.
Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq vətəni qorumağa yollanıb. Qardaşları deyir ki, döyüş yoldaşları onu şücaəti və qorxmazlığına görə “Baba dağı”, “Qorxmaz” adlandırıblar.
Baba döyüşlərin birində qolundan ağır yaralanmasına baxmayaraq, müalicə alıb və yenidən döyüşə qayıdıb.
Baba Allahverdiyevin itkin düşməsindən sonra valideynləri dünyasını dəyişib.
RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ