Dövlətə xəyanətdə ittiham olunan şəxs məhkəmə qarşısında
Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Sərdar Babayev həm də Maide.az saytının rəhbəridir.
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub.
Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
OXŞAR XƏBƏRLƏR
17:19
557
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
473
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
537
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
1015
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
975
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1086