Dövlət Xidməti: Döyüşlərdə könüllü iştirak üçün müraciət edənlərin sayı 50 mini keçib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
Bu barədə APA TV-yə Dövlət Xidmətindən bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.
OXŞAR XƏBƏRLƏR
11:43
677
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
676
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
703
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1298
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1887
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1899