Dövlət qoruğunda cərəyanla balıq ovlayan şəxs saxlanılıb
Elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu edən şəxs saxlanılıb.
APA Tv-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Qarayazı Dövlət Təbiət Qoruğunun 3 saylı Sadıxlı meşəbəyliyi ərazisində baş verib.
Belə ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir və Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları ekoloji cinayətlərin törədilməsində iştirakı olan şəxslərin müəyyən edilməsi məqsədilə keçirdikləri əməliyyat tədbirləri zamanı çayda elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Qazax rayon Sadıxlı kənd sakini, 1983-cü il təvəllüdlü Osmanov Ramil Tofiq oğlu saxlanılıb. Ondan elektrik cərəyanı yaradan mühərrik, 25 metr elektrik naqili, bir ədəd balıq ovu vasitəsi və 13 ədəd daban balığı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
531
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
527
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
506
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
320
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
317
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
326