“Dövlət hər uşağa pul verməlidir, sabah gəlib deyəcəklər ki...” - DEPUTATDAN TƏKLİF

 

Azərbaycanda 3 uşaqlı ailələrin çoxuşaqlı ailə sayılması təklif edilib.

APA TV-nin məlumatına görə, Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Araz Əlizadə səsləndirib: “3 uşaqlı ailələrin çoxuşaqlı ailə sayılması dünyada qəbul edilib. Dövlət hər uşağı olan ailəyə hər ay mütəmadi 100 manat, 200 manat pul verməlidir. Çünki həmin uşaqlar böyüyüb Vətən övladları olacaq. Sabah çağıracaqlar ki, Vətən övladısan, Vətəni qoru, müharibədə iştirak et! Vətən də övlad üçün nə isə etməlidir. Analar əlinə zənbil alıb küçələri gəzməməli, meyvə-tərəvəz satmamalıdırlar ki, balalarını dolandırsınlar. Ananın əsas vəzifəsi uşaqlarını tərbiyə etməkdir. Əgər ana uşaqlarını dolandıra bilmirsə, uşaqlarını nə zaman tərbiyə edəcək?!”

Komitə sədri Hadi Rəcəbli deyib ki, təklif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin müzakirəsi zamanı parlamentdə səsləndiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR