Dövlət başçısı və xanımı Bakıda məktəb açılışında iştirak edib
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.
APA TV-nin məlumatına görə, təhsil müəssisəsinin direktoru İradə Xəlilova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcək.
Bu təhsil ocağının binası 1932-ci ildə tikilib. O zaman məktəb 400 şagird yerlik olub. Hazırda isə burada yeni istifadəyə verilən tədris kompleksi ilə birlikdə ümumilikdə 1944 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 138 müəllim heyəti məşğul olur.
Prezident İlham Əliyev və xanımı yeni tədris kompleksinin idman zalında, hərbi otaqda, ekosinifdə, informatika otağında, kimya kabinetində, ayrı-ayrı sinif otaqlarında və yeməkxanada yaradılan şəraitlə tanış olub, müəllimlər və şagirdlərlə söhbət edib, onlara yeni tədris ilində uğurlar arzulayıb.
Məlumat verilib ki, ötən tədris ilində bu təhsil müəssisəsini bitirən məzunların 77 faizi ali məktəblərə qəbul olub. Ümumilikdə, hər il bu məktəbin məzunlarının arasında 600-dan çox bal toplayan və ölkəmizin ali təhsil ocaqları ilə yanaşı, xarici dövlətlərin nüfuzlu universitetlərinə də qəbul olan məzunlar var. Məktəbin şagirdləri bir çox bilik, idman yarışlarında, olimpiadalarda müxtəlif medallar qazanaraq, təhsil ocağını layiqincə təmsil ediblər. Yeni təhsil kompleksi bu uğurların daha da artmasına imkan verəcək. Çünki burada şagirdlər geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan otaqlarda elmin sirlərinə yiyələnə, müəllimlər isə müasir şəraitdə şagirdlərə dərs deyə biləcək.
Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil daha da genişlənir.
Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müəllimlər və valideynlərlə görüşüb onları təbrik edib: “Əziz Prezidentimiz, hörmətli Mehriban xanım, sizi burada görməyimizə çox şadıq. Mənim nəvəm də bu məktəbin birinci sinfinə qəbul olub. Mən öz adımdan, valideynlər adından Sizə təşəkkür edirəm ki, övladlarımıza bu cür gözəl şərait yaratmısınız. Allah Sizin canınızı sağ, ömrünüzü uzun eləsin”.
“Çox sağ olun. Mən də çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar. Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq. Bu məktəb doğrudan da göz oxşayır. Bütün lazımi şərait yaradılıb, avadanlıqlarla təchiz edilib. Mənə verilən məlumata görə, məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Yəni, burada müəllimlər üçün də böyük çətinliklər var idi, uşaqlar da təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular. İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir. Əlbəttə, əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, təhsilin səviyyəsi yüksək olsun və burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması bu gün gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə də nəticələr var.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."