Dövlət başçısı Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçi qəbul edib.
APA TV xəbər verir ki, görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.
Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirildi.
Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparıldı.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə