Dövlət başçısı Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentini qəbul edib
Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı nümayəndə heyətinin üzvlərini salamlayaraq onların Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak etdiyindən məlumatlı olduğunu bildirib. Bu sahədə inkişafın ölkəmizin əsas problemlərindən olan qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisinə töhfə verdiyi diqqətə çatdırılıb.
Qonaqların təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığının çox yaxşı və uğurlu tarixçəsi olduğu vurğulanıb. Gələcək inkişaf üçün də yaxşı perspektivlərin mövcudluğu qeyd olunudb. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm verildiyi, Azərbaycanın dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olduğu nəzərə çatdırılıb.
Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes qəbula görə təşəkkürünü bildirib. Dövlət Neft Fondunu uzunmüddətli yaxın tərəfdaş kimi dəyərləndirən qonaq gələcək əlaqələrə böyük önəm verdiklərini vurğulayıb.
Görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla əməkdaşlığının perspektivləri, iqtisadiyyatın şaxələndirilməsi, şəhər və kənd yerlərində yeni iş yerlərinin yaradılması, biznes mühitində qazanılmış uğurların daha da möhkəmləndirilməsi, özəl sektora birbaşa xarici investisiyaların cəlb olunması məsələləri müzakirə edildi.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."