Dörd günlük təlimdə nələr öyrədiləcək?
UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək təlim proqramının açılışı olub. Tədbirin açılışında çıxış edən təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Memarlıq və İnşaat Universitetinin nümayəndələri irsin idarəedilməsi mövzusunda keçirilən təlim irsin qurumsal bağlılıq çərçivəsindən ümumi və birgə fəaliyyəti üçün yaxşı zəmin yaradacaq. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Mədəni irs üzrə ekspert Elsevər Məmmədovun "İrs İdarəetməsinə giriş və İdarəetmənin effektivliyi və qiymətləndirilməsi " mövzusunda təlimi ilə davam edib. Daha sonra interaktiv metodlar istifadə edilməklə konkret nümunələr üzərindən sual-cavab sessiyası keçirilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub