Dondurulmuş qidalar hansı hallarda təhlükəlidir?
Dondurulmuş qida məhsulları daha əlçatan olsa da, köməyimizə tez çatsa da, bu məhsulların orqanzmə hansı təsirlərinin olduğu çox insana məlum deyil.
Qida üzrə mütəxəssis Ağa Salamov deyir ki, məhsulların donu açıldıqdan sonra ikinci dəfə dondurmaq məsləhətli deyil. Əks halda, qida zəhərlənməsinə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, dondurulmuş yarımfabrikat qidaları aldıqdan sonra dərhal bisirilməlidir.
Mütəxəssis onu da söylədi ki, balıq məhsullarının uzunömürlülüyü üçün onların duzlu və ya dəniz suyunda yuyulması tövsiyə olunur.
Terapevt dedi ki, dondurulmuş meyvə və tərəvəzlərin tərkibindəki vitaminlər oksiləşib parçalanır, ona görə də bu cür qidalar daha az faydalı olur.
Terapevt onu da söylədi ki, bu cür məhsulların istifadəsi zaman bəzi nüanslara diqqət edilməlidir.
Terapevt onu da məsləhət gördü ki, mədə xorası, qastrit, pankriotit, bağırsaq xəstəlikləri olan insanlar dondurulmuş məhsullardan istifadə etməsinlər. Son olaraq mütəxəssislər tövsiyyə edirlər ki, təzə məhsullardan istifadə etməyimiz sağlamlığımıza daha yararlıdır.
AYGÜN CARÇIYEVA,
ARİF ƏLİYEV,
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi