Doğulan qızlara görə sosial müavinətin verilməsi TƏKLİF EDİLDİ
“Dövlətin ailə siyasətinə yeni baxışı gərəkdir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, 2025-2050-ci illər üçün Ailə strategiyası hazırlanması gündəmdə duran ilk vəzifələrdəndir: “Oğlan uşaqlarının sayının çoxalması, demoqrafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsi gərəkdir. Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini yeni vəzifələrə və tələbələrə uyğunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün Ailə Məsələləri Nazirliyinin yaradılması vacibdir”.
O, ölkədə “Ailə psixoloqu” mütəxəssislərinin hazırlanmasının vacib məsələyə çevrildiyini də bildirib: “İntihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması da ilk addımlar sırasında olmalıdır”.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib