Direktora görə müəllimlər məktəbi tərk edir, kənddən köçüb gedirlər
Sabirabad rayon Əhmədabad kənd ümumi orta məktəbin idman müəllimi Murad Əhmədovun məktəb direktoru Nəsibə Bağırova ilə bağlı redaksiyamıza müraciətindən sonra adi çəkilən məktəbdə olduq.
Müəllim iddia edir ki, direktor öz qohumlarını işə götürür, digər müəllimləri sıxışdırır. Qohumlarına çox, digər müəllimlərə isə az dərs saatı yazır. Məktəbdə hökm sürən özbaşınalıqlar 10-a qədər müəllimin məktəbdən çıxıb getməsinə səbəb olub.
İddialara görə direktorun məktəb kitabxanasında işə düzəltdiyi şəxs hazırda qolbağ həbsindədir. Direktor müəllimlərin maaşına əlavələr yazdırıb, yazılan məbləğin böyük hissəsini özünə götürür.
Məktəb direktoru Nəsibə Bağırova iddialar münasibət bildirib. Nəsibə Bağırova səsləndirilən iddiaların heç bir əsası olmadığını bildirib.
Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, əvvəllər narkotikə görə həbsdə olan şəxsin təhsil müəssisəsində işləməsi yolverilməzdir.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirildi ki, ümumtəhsil məktəblərində dərs bölgüsü müəllimlərin diaqnostik qiymətləndirmə nəticələrinə görə aparılır. Sabirabad rayonu Əhmədabad kənd ümumi orta məktəbdə dərs bölgüsü yuxarıda qeyd edilən qaydalara uyğun aparılıb. Müəllimlərin işə qəbulu isə MİQ imtahanlarının nəticələrinə əsasən aparılır. Məktəblərdə digər işlərə qəbul isə Regional Məşğulluq İdarələrinin məktəblərdə vakant yerə verdiyi göndəriş əsasında qəbul aparılır. Adı çəkilən məktəblə bağlı digər məlumatlar isə həqiqətə uyğun deyil.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb