Diplomatik korpusun nümayəndələri ZƏNGİLANDA
Diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Zəngilanda səfərdə olublar. APA TV-nin xəbərinə görə, qonaqlar əvvəlcə körpə xallı forelləri Həkəri çayına buraxıblar. Onlara işğal illərində ciddi ziyan dəymiş rayonun ekologiyasının və biomüxtəlifliyinin bərpası istiqamətində görülən işlər barədə məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, xallı forel “Qırmızı kitab”a salınıb və bugünkü aksiya balıqların sayının artmasına səbəb olacaq. Onun sözlərinə görə, bu növ forel yerli şəraitə ən çox uyğunlaşandır. Diplomatlar və beynəlxalq təşkilatların üzvləri daha sonra Zəngilanda yerləşən Ağalı “Ağıllı kənd” ilə tanış olublar və burada keçiriləcək “Su ehtiyatlarının davamlı idarə olunması üzrə tərəfdaşlığın və fəaliyyətlərin təşviqi” mövzusunda Beynəlxalq Su Konfransda iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub