DİN hərəkətə keçdi - KÜÇƏLƏRDƏ SALFET ADI İLƏ NARKOTİK SATILIR
Bakı küçələrində salfet adı ilə narkotik satılır.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu iddia sosial şəbəkədə edilən paylaşımlarda yer alıb. Belə ki, bəziləri paylaşım edərək küçədə uşaqlardan salfet almamağı tövsiyə edib. O, buna səbəb kimi alınan salfetlərin içərisində narkotik və ya psixotrop maddə olduğunu əsas gətirib. Məlumat paylaşan şəxs küçədən salfet aldığını, az sonra isə polis əməkdaşları tərəfindən saxlanıldığını dilə gətirib. Onun sözlərinə görə, yoxlama nəticəsində aldığı salfetin içərisindən sintetik narkotik tapılıb və buna görə də 1500 manat cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı Lent.az-a bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır: “Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı