DİN "Formula-1"lə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) "Formula-1"lə bağlı sürücülərə müraciət edib.
APA TV-nin xəbərinə görə, müraciətdə deyilir:
"Məlumat verildiyi kimi “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq “Bakı Şəhər Halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 6 iyun, gecə saat 01:00-dan etibarən 14 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb.
Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik", - deyə müraciətdə bildirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi