DİN-dən saxlanılan “siçan”la bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu ərazisində - “Tarqovıy” adlanan yerdə maskot (“siçan” obrazında) fəaliyyəti göstərən şəxsin saxlanılması və məhkəmə tərəfindən cərimələnməsinə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, maskot kimi fəaliyyət göstərən şəxsin fəaliyyətinin məhdudlaşdırılması qanunla tənzimlənir:
“Küçədə hansısa ödəniş müqabilində lisenziyalaşdırılmayan fəaliyyət qanunsuz hesab edildiyi üçün inzibati xəta—küçə ticarətinin tərkib əlamətlərini yaradır. Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərən şəxsə bu əməllə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, iradlara məhəl qoymadığı həmçinin müvafiq polis orqanına dəvət edilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”, - deyə o qeyd edib.
Qeyd edək ki, maskot fəaliyyəti göstərən 33 yaşlı şəxs barəsində tərtib edilmiş protokola əsasən o, Səbail Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnərək sərbəst buraxılıb.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi