Dillərə dastan “Balıq dolması” - REPORTAJ
Balıqçılıq rayonu kimi tanınan Xəzərin sahilində yerləşən Neftçala rayonunun məhşur mətbəx nümunələrindən biri də “Balıq dolması”-dır. Bu yemək növü Neftçala rayonunda xüsusi ustalıqla hazırlanır. Balıq dolmasını bişirə bilməyən neftçalalı yoxdur desək yanılmarıq. Dolma müxtəlif variantlarda bişirilsə də dolmaya qatılacaq ən vacib ədva və ərzaqlar hamı tərəfindən mütləq şəkildə istifadə edilir. Balıq dolmasının hazırlanması üçün bir gün əvvəl duzlanmış çəki balığı, balığın həcmindən asılı olaraq soğan, pomidor, bibər, göy alça, şüyüd, keşniş, quru nanə, giləmərzi və balığı bükmək üçün əncir yarpağı və tənzif lazımdı. Dolma su buxarında bişirilir və süfrəyə soyuq halda verilir. Balıq dolması əsasən qarpızla, soyutma kartofla yeyilir, ayranı da bu sıraya aid etmək olar. Çimərlik mövsümündə ən çox yeyilən yeməklərdəndi. Video: Əlibəy Zeynallı Elçin Həsənov
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi