DİN xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlara müraciət edib
Xüsusi karantin rejimi ilə əlaqədar polis əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, paytaxtın hər bir nöqtəsində, eləcə də respublikanın digər iri şəhərləri ilə yanaşı, bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları tərəfindən karantin qaydalarına əməl olunmasına nəzarət daha da gücləndirilib.
Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı, polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.
Bir daha vətəndaşlarımızı sərtləşdirilmiş karantin rejimi dövründə polis əməkdaşları ilə yanaşı bu virusla mübarizə aparan digər dövlət orqanları ilə birgə həmrəylik nümayiş etdirməyə çağırırıq.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?