DİN: Kütləviliyə, müəyyən edilən yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək
Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.
Nazirlikdən APA TV-yə verilən məlumata görə, qarşıdan gələn Qurban bayramı günlərində pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində, eləcə də satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş www.qurbanliq.kendden.az satış portalına müraciət olunmalıdır.
Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi