DİN küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirdi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.
Araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsi ərazisində küçədə ölən şəxsin xüsusi geyimli şəxslər tərəfindən meyitinin aparılmasını əks etdirən görüntülər yayılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
198
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
202
Növbəti köç karvanları yola salınıb
13:38
345
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
856
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
989
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2897