DİN: Bu gündən Bakı, Sumqayıt və Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
“Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda quraşdırılmış xüsusi polis postları götürülüb”.
Bunu APA TV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər. Belə ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, fəaliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər.
Ehsan Zahidov bu işlərin gücləndirilmiş variantda davam etdirildiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
11:43
1981
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1968
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2039
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1429
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2007
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2036