DİN “8 Marş” aksiyası ilə bağlı xəbərdarlıq edib
Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.
DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.
“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq”, - deyə DİN-dən bildirilib.
Qeyd edək ki, bir qrup qadın martın 8-də Fəvvarələr meydanından (“McDonalds”-ın qarşısından) Azad qadın heykəlinə kimi “8 marş – Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək istəyir. Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.
OXŞAR XƏBƏRLƏR
13:54
1034
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1028
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2177
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1495
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1917
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1085