Dezinfeksiya adı ilə pul yığan şəxs yaxalandı – ÖZÜNÜ NAZİRLİK ƏMƏKDAŞI KİMİ TƏQDİM EDİRMİŞ
Paytaxtda özünü guya Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək dezinfeksiya işləri üçün sakinlərdən pul tələb edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Cəlilabad rayon sakini Vasif Urşanov tutulub.
O, ifadəsində Nizami rayonunda təxminən 30-dan artıq mənzilə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb etdiyini, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib.
Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.
Araşdırma zamanı onun barəsində Cəlilabad Rayon Polis Şöbəsində müxtəlif maddələrlə cinayət işinin icraatda olduğu da məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı