Dəvət olunmadığı toya gedib görün nə etdi
Gəncədə şadlıq sarayından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki şadlıq saraylarından vətəndaşlara məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Goranboy rayon sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq qismində gəlib və orada spirtli içki qəbul etdikdən sonra digər qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefonu oğurlayıb. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ